Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 1-də Bakı şəhər sakini olan 9 yaşlı qızın mobil telefonunun açıq talama yolu ilə alınması barədə məlumat daxil olub.
APress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini 27 yaşlı R.Elyasov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.