Bakıda ağır qəza – Xəsarət alanlar var (FOTO)backend
Cəmiyyət
248

Bakıda ağır qəza – Xəsarət alanlar var (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, qəza Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yolunda qeydə alınıb. İki “LADA” markalı, 15-BV-216 və 99-VK-812 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Avtomobilin deformasiyaya uğramış salonundan şəxsləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Avtomobildən çıxarılan sürücü və sərnişin aidiyyəti üzrə təhvil verilib.

Bakıda ağır qəza- Xəsarət alanlar var (FOTO)