Bakıda yüksək sürətlə hərəkət edən avtomobil qəza şəraiti yaradıb.
APress.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Belə ki, “Hyundai” markalı avtomobil yol hərəkəti qaydalarını pozaraq, köməkçi yoldan əsas yola daxil olub. Bu zaman əsas yolla hərəkətdə olan “Chevrolet” markalı maşının sürücüsü idarəetməni itirərək, əvvəlcə “Hyundai” avtomobilinə, daha sonra isə “Toyota”ya və yol kənarındakı dəmir dirəyə çırpılıb.
Qəza zamanı yolun kənarında dayanan ana və iki övladı son anda xilas ola biliblər.
Həmin görüntüləri təqdim edirik: