Bakıda avtobus qəzası, xəsarət alan varbackend
Cəmiyyət
294

Bakıda avtobus qəzası, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtobus minik avtomobili ilə toqquşub.

Fövqəladə Hallar Nazirliyindən APress.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda “Iveco” markalı avtobus və “Haval” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.