Bakıda daha 1 məktəb BAĞLANDI, 2 məktəbdə isə bir neçə sinif onlayn təhsilə keçdibackend
Təhsil
218

Bakıda daha 1 məktəb BAĞLANDI, 2 məktəbdə isə bir neçə sinif onlayn təhsilə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda daha bir məktəb koronvirus (COVİD-19) səbəbi ilə karantinə bağlanıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, bu dəfə N.Nərimanov rayonunda yerləşən M.Şəhriyar adına 193 nömrəli məktəbdə koronavirusa yoluxma halı qeydə alınıb. Bu səbəbdən tədris əyani formadan distant formaya keçirilib.

Nizami rayonunda yerləşən 145 saylı və Xətai rayonunda yerləşən 269 saylı orta məktəbdə isə bir neçə sinif koronavirus səbəbindən əyani formadan distant formaya keçib.