Sabahdan 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə APress.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
“Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb”, – məlumatda qeyd edilib.