Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.
APress.az Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında baş verib. Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.