Bakıda dustaq məhkəmədən qaçıb.
APress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.
1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı rayon Məhkəməsinə gətirilib.
Prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və onun nəzarətsiz qalmasından istifadə edərək oradan qaçıb.