Bakıda ərini öldürən qadından XƏBƏR VARbackend
Cəmiyyət
318

Bakıda ərini öldürən qadından XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonunda ərini bıçaqlayaraq öldürən Babayeva Sevda Rasim qızının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Unikal.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən işə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Qaradağ rayon prokurorluğunun məlumatına görə, aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlu yaşadığı evdə bıçaqlanaraq öldürülüb.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.