Bakıda mənzilən külli miqdarda pul və qızıl oğurlanıb.
APress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6000 manat pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.