Bakıda bıçaqlanma hadisəsi baş verib.
APress.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, “Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı tanışı, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Paşayevə sol bazunun kəsilmiş-deşilmiş yarası, G.Kərimovaya isə qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
APA