Bakıda kafe sahibi qəlyana görə HƏBS EDİLDİbackend
Cəmiyyət
344

Bakıda kafe sahibi qəlyana görə HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən daha bir kafe aşkarlanıb.

DİN-dən APress.az-a verilən məlumata görə, polis əməkdaşları Lökbatan qəsəbəsində yerləşən “Pub-110” adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar ediblər. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Emin Məmmədov 8 sutka inzibati qaydada həbs edilib.