Bakıda məşhur idman kompleksində siqaret satışı təşkil olunur.
Unikal.org-un məlumatına görə, 15 ilə yaxındır Bakının Nərimanov rayonunda fəaliyyət göstərən, milli komandalarımızın təlim-məşq toplanışları keçirdiyi “Şüa” İdman və Sağlamlıq Kompleklsində tütün məmulatlarının satışına icazə verilib. “Şüa” İdman və Sağlamlıq Kompleksinin qarşısındakı siqaret satılan köşkə giriş məhz kompleksin daxilindədir.
Məluamata görə, satıcı icarə əsasında orada fəaliyyət göstərir.
Hazırda kompleks baş nazirin müavini Şahin Mustafayevin rəhbəri olduğu Azərbaycan Stolüstü Tennis Federasiyasının nəzdində olduğu bildirilir. Karantin elan olunana qədər stolüstü tennisçilər orada məşqlərini keçiblər.
Qeyd edək ki, Şüa İdman və Sağlamlıq Kompleksi pandemiya dövründə elan olunan sərt karantin rejimindən sonra fəaliyyətini dayandırıb.
Sözügedən kompleksdə Karate üzrə milli komanda, güləşçilər və digər yığmalar məşq preseslərini keçib.