Bakıda avtomobildən böyük məbləğdə oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APress.az-a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinə avqustun 4-də A.Abbasova məxsus “Niva” markalı avtomobildən 23000 manatın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Sadıqov müəyyən edilərək saxlanılıb.