Bakıda növbəti tədris ilində dərslər hansı qaydada keçiriləcək? – AÇIQLAMAbackend
Təhsil
372

Bakıda növbəti tədris ilində dərslər hansı qaydada keçiriləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva növbəti tədris ilində dərslərin onlayn və ya əyani qaydada keçirilməsi məsələsinə münasibət bildirib.
APress.az-ın məlumatına görə, M.Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, indidən bu məsələ barədə dəqiq fikir söyləmək çətindir. Onun sözlərinə görə, tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur:
M.Vəliyeva bildirib ki, bütün hallarda bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq: “Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə geri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyadan keçməsi çox vacib şərtdir”.