Bakıda ofisdən oğurluq edən şəxs tutulub.
APress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də rayon ərazisindəki ofislərin birindən 3500 manat pul və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Ş.Hacıyev saxlanılıb.
Araşdırma aparılır.