Bakıda ofisdə oğurluq hadisəsi olub.
Bu barədə APress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də rayon ərazisindəki ofislərin birindən 3500 manat pul və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Ş.Hacıyev saxlanılıb