Bu gün Bakı şəhəri Xətai rayonu ərazisində intihara cəhd olub.
APress.az xəbər verir ki, İzzət Orucov küçəsində gənc qız yaşadığı 15-ci mərtəbədəki evin eyvanındakı məhəccərə çıxaraq özünü aşağı atmaq istəyib. Ailə üzvləri son anda ondan yapışaraq qızın yerə düşməsinin qarşısını alıb.
Qeyd edək ki, hadisənin baş verdiyi bina 37-ci Polis Şöbəsinin yaxınlığında yerləşir.
Hadisənin görüntülərini təqdim edirik.
Qeyd edək ki, görüntüləri jurnalist Ülviyyə İsmayılova paylaşıb.
Publika.az