Bakıda polis rəisinin sürücüsündən azyaşlı qıza qarşı ƏXLAQSIZ HƏRƏKƏTbackend
Cəmiyyət
582

Bakıda polis rəisinin sürücüsündən azyaşlı qıza qarşı ƏXLAQSIZ HƏRƏKƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Bakı şəhər Səbail rayonu ərazisində məktəbli qıza qarşı edilmiş əxlaqsızlıqla bağlı açılmış cinayət işinin təfərrüatları məlum olub.

APress.az-ın məlumatına görə, faktla bağlı polisə daxil olan müraciət əsasında saxlanılan şəxsin Nəsimi rayon Polis İdarəsinin tabeliyində olan polis şöbələrindən birinin rəsinin sürücüsü olması müəyyənləşib.

Belə ki, hadisə vaxtı rəisin qızını hazırlıq kursundan götürmək üçün AA dövlət qeydiyyat seriyalı xidməti avtomobil ilə Nizami küçəsindəki hazırlıq kursuna gələn 1979-cu il təvəllüdlü İlham S. oraya vaxtından tez gəlməsi səbəbindən maşını avtoyuma məntəqəsinin yanında saxlayıb. O, saat 13:30 radələrində evdən çıxaraq 160 saylı orta məktəbə doğru gedən 2009-cu il təvəllüdlü Fidan M-i (ad şərtidir) görüb. Orta məktəbin 5-ci sinfində oxuyan qızı səsləyən İlham onun çantasında yerə nəsə düşdüyünü deyib. Çantasının ağzının açıq olmasını görən uşaq ona inanıb və yerə düşən əşyasını götürmək üçün geri qayıdıb. Bu zaman İlham ona həmin əşyanı binanın girişindəki şkafın yanında olduğunu deyib. 11 yaşlı qızın binanın girişinə gəlməsi ilə ətrafda kimsənin olmadığını yəqin edən 41 yaşlı sürücü əli ilə azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb.

Uşaq buna etiraz edərək onun əlindən vurub və qaçmağa başlayıb. O, 160 saylı məktəbə gəlib və sinif otağında ağlamağa başlayıb. Müəlliməsi Fidanın ağlamasını və sarsıntı keçirdiyini görərək onun anasına məlumat verib. Anası məktəbə gələrək qızını evə aparıb və bu barədə uşağın atasına məlumat verilib.

Polisə müraciət edilməsindən sonra İlham S. Yasamal rayonu ərazisindəki məsciddə ibadət edərkən tutularaq 39-cu polis şöbəsinə gətirilib. Onun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər – on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş açılıb və həbs edilib.

Bu günlərdə İlham S. Barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və o, 1 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Publika.az