Bakıda polis sevgilisini və özünü xidməti silahla öldürdübackend
Gündəm
846

Bakıda polis sevgilisini və özünü xidməti silahla öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 11 radələrində, Yasamal rayonu ərazisində qeydə alınıb.

Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən Osmanov təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyərək intihar edib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.