Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Bu barədə APress.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Nəsirova Mətanət Şəhriyar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər;