Bakıda qəza: Küçələri su basdı – VİDEObackend
Cəmiyyət
225

Bakıda qəza: Küçələri su basdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədidə su borusu partladı.

APress.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, artıq təmir işlərinə başlanılıb:

“Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür”.

Həmin görüntüləri təqdim edirik:

 

Oxu.az