Bakıda qısqanc kişi arvadını yatdığı yerdə qantellə öldürübbackend
Cəmiyyət
330

Bakıda qısqanc kişi arvadını yatdığı yerdə qantellə öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda həyat yoldaşını qısqanclıq zəmnində qətlə yetirməkdə təqsirli bilinən İlham Əkbərovun cinayət işidir.
Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını yatmış vəziyyətdə qətlə yetirib.
İlham Əkbərov hadisəni törətdikdən sonra uşaqları ilə birlikdə Şəki şəhərinə gedib oradan isə polisə könüllü gələrək təslim olub.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlham Ələkbərov ifadəsində bildirib ki, 2003-cü ildə Cəvahir Əkbəroa ilə ailə həyatı qurub və həmin nigahdan 2 övladları olub. 20 ilə yaxın qardaşı Füzuli Əkbərovun mülkiyyətində olan mənzildə ailə üzvləri ilə birlikdə yaşayıb. Bakı şəhərində ev alqı-satqısı ilə məşğul olub. Həyat yoldaşı Cəvahirlə əvvəlllər münasibətləri yaxşı olub. 3-4 il olar ki, aralarında xırda ailə daxili münaqişələri yaranıb.
Arvadı son illərdə Sabunçu rayonunda yerləşən “Xeyir-şər” evində qabyuyan işləyib və gündəlik 20 manat əməkhaqqı alıb:
“Cavahirin işləməyinə ümumiyyətlə razı olmamışam. Bir neçə dəfə bu barədə ona bildirmişəm. Cavahir işinin yaxşı olduğunu, istədiyi vaxt işlədiyi yeri görmək üçün oraya gedə biləcəyimi söylədi.
Təxminən bir il yarım bundan əvvəl yaşadığımız mənzildə övladlarım və Cavahirlə televizor izləyərkən, arvadımın diqqətlə telefona baxdığını gördüm. Telefonda belə vacib nəyə baxdığından şübhələndim. Telefonu onun əlindən aldım, ekranda cavan oğlanın şəklini gördüm və həmin şəklin kimə məxsus olduğunu soruşdum.
Cavahir həmin oğlanın işlədiyi mərasim evinin inzibatçısı Seymur olduğunu bildirdi. Ondan nə üçün Seymurun şəklinə baxdığını soruşdum. Arvadım sadəcə rastına çıxdığı üçün baxdığını söylədi. Buna görə də həmin hadisəyə çox da fikir vermədim”.
İlham Əkbərov qeyd edib ki, təxminən 3-4 ay əvvəl Cavahirin istifadəsində olan mobil telefon nömrəsinin “WhatsApp” proqramının statusunda “Uzaqdan uzağa sevməkdə biz birinci yerdəyik” yazısını qoyduğunu görüb: “Həmin vaxt Cavahirə zəng vuraraq nə üçün belə bir status paylaşdığını soruşdum. Cavahir onu elə-belə qoyduğunu dedi. Bu danışıqdan təxminən beş dəqiqə sonra arvadım yazını sildi. Mənə xəyanət etməsindən şübhələnməyə başladım”.
Hadisədən 5 gün əvvəl saat 23:00 radələrində arvadının Rəqsanə kimi qeyd etdiyi ona Seymurun əmisi qızı olduğunu bildirdiyi şəxsə “WhatsApp”la sevgi xarakterli videoçarxlar göndərdiyini görüb.
Təqsirləndirilən şəxs bildirib ki, təxminən 2-3 ay əvvəl ev alqı-satqısından qazandığı 2000 manat pulu Cavahirə verərək işlərinin yolunda olduğunu söyləyib və işdən çıxmasını tələb edib: “Cavahir isə cavabında “10 min manat da versən, işimdən çıxmaram” dedi. İşi əziyyətli, amma azqazanclı olduğundan ora başqa məqsədlə getməsinə şübhələrim daha da artdı.
Oktyabrın 7-si saat 16 radələrində Cavəharin işlədiyi “Xeyir-şər” evinə gedib. Məqsədi mərasim evinin 1 zalı işlədiyindən və həmin gün Nazilə adlı qadının növbətçi olduğu halda arvadının ora çağırılmasının səbəbini öryənmək olub.
Mətbəxinə girəndə Nazilə ilə Cəvahirin qab yuduqlarını görüb. Onlara salam verdikdə Nazilə onunla salamlaşıb yoldaşı isə cavab verməyib:
“Bundan sonra “Xeyir-şər evi”nin daxilində gəzməyə başladım. Həmin vaxt inzibatçı Seymur və müdir Elnur da orada idilər. Cavahir Naziləyə məni nəzərdə tutaraq “buna bax, o tərəf-bu tərəfə yeriyir, elə bir qarovulçudur”, – deyə söylədiyini eşitdim.
Kənar şəxslərin yanında Cavahirlə dalaşmaq istəmədiyim üçün heç bir söz demədim. Orada olarkən Seymur məni gördü, salamlaşdı. Elnuru isə həmin gün ümumiyyətlə ilk dəfə görmüşdüm.
Bir müddət sonra Nazilə və Cavahir zalı süpürərkən Cavahir mənim yanımda Seymura “get mənim telefonumu gətir, birdən itib eləyər”, – deyə bildirdi. Özümün yanında ola-ola arvadımın yad kişiyə bu sözü deməsindən əsəbiləşdim. Ancaq nə Cavahirə, nə də orada olan başqa şəxslərə heç bir söz demədim”.
Saat 18 radələrində işdən birlikdə çıxaraq avtobusla metronun “Qara Qarayev” stansiyasının yaxınlığına gəliblər. Yolda Cəvahirə söhbət etmək üçün küçənin kənarında oturacaqda əyləşməyi təklif edib. Söhbət zamanı aralarında mübahisə yaranıb və birlikdə evə gəliblər. Evdə övladları yanlarında olduğundan çalışıb ki, çox səs-küy salmasın.
İlham Əkbərovun sözlərinə görə, axşam saat 23 radələrində əsəbiləşdiyi üçün mətbəxdə təxminən 50 qram araq içib, otaqlarında olan çarpayıda uzandıqları vaxt gecə saat 3 radələrinə kimi söz-söhbətləri davam edib: “Bir qədər sonra Cavahir yuxuya getdi. Özüm isə əsəbləşdiyim üçün yata bilmədim. Tez-tez siqaret çəkmək üçün mətbəxə keçdim. Həmin vaxt övladlarım öz otaqlarında yatmışdılar.
Gecə saat təxminən 4 radələrində əsəbimdən yataq otağına gələrək qapının yanında olan idman qantelini götürdüm, sonra çarpayının pəncərə tərəfdən yanına keçdim. Həmin vaxt Cavahir böyrü üstə, arxası pəncərəyə tərəf yatılı vəziyyətdə idi. Qanteli üç dəfə Cavahirin baş nahiyəsinə zərbə endirdim. Cavahir “ah-vay” deyə yavaş səs çıxardı, yatdığı üçün mənə heç bir müqavimət göstərə bilmədi. Qışqırar və uşaqlar oyanıb qorxar deyə balınclardan birini arvadımın sifətinə basdım. Bir az sonra səsinin çıxmadığını gördüm, qanteli pəncərənin qarşısına qoydum. Sonra mətbəxə keçdim. Bir müddət orada oturub siqaret çəkərək səhərin açılmasını gözlədim”.
Səhərisi gün isə övladları ilə birlikdə Şəki şəhərində yaşayan anası gilə gedib və polisə təslim olub.
Məhkəmə prosesi zamanı İlham Əkbərov ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə İlham Əkbərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.