Bakıda quldurluq hadisəsi baş verib.
APress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 21-də Binəqədi qəsəbə sakini C.Məmmədovu döyüb 340 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Qurbanzadə, əvvəllər məhkum olunmuşlar – E.Əzimov və T.Quliyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.