Bakıda sürücü sərxoş halda avtobusu qaçırdıbackend
Cəmiyyət
619

Bakıda sürücü sərxoş halda avtobusu qaçırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib edilib.

Sfera.az-ın məlumatına görə, protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.

İş hakim Vüsal Tağıyevin icraatındadır.

MMC-yə prokotol İnzibati Xətalar Məcəlləsinin 192.1 (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə tərtib olunub.

Bu inzibati xətaya görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Xaliq Faiqoğlu” şirkətinin mətbuat xidmətindən “Report”a bildirilib ki, şirkət tərəfindən işə götürülən şəxslərin hər biri ilə qanunvericiliyə uyğun əmək müqaviləsi bağlanır:

“Belə ki, bir müddət əvvəl şirkətə məxsus avtobuslardan biri növbədə olmayan sürücülərdən biri tərəfindən sərxoş vəziyyətdə qaçırılıb. Həmin vaxt onun yanında olan digər şəxsin guya konduktor kimi işlədiyi qeyd edilib. Halbuki həmin şəxsin “Xaliq Faiqoğlu” şirkəti ilə hər hansı bağlılığı yoxdur. Hazırda iş məhkəmə icraatındadır”.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyət göstərir.