Bakıda yanacaqdoldurma məntəqəsində YANĞINbackend
Cəmiyyət
246

Bakıda yanacaqdoldurma məntəqəsində YANĞIN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Sabunçu rayonunda yanacaqdoldurma məntəqəsində yanğın hadisəsi baş verib.

APress.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın yanacaqdoldurma məntəqəsinin ərazisində birdam altında tikilmiş birmərtəbəli, ümumi sahəsi 600 kvadratmetr olan və müxtəlif təyinatlı obyektlərin (kafe, avtoyuma və avtomobil təmiri məntəqələri və s.) fəaliyyət göstərdiyi tikililərdən birində baş verib.

Yanğın nəticəsində sahəsi 116 kvadratmetr olan tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 90 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan avtomobil təmiri məntəqəsinin (səkkiz boks) lambirindən ibarət tavanı 415 kvadratmetr sahədə əriyib. Bitişik tikililərin qalan hissəsi, təmirə dayanan avtomobillər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.