Xətai rayonu, Vunqtau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub.
Bunu APress.az-a açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib:
“Hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən araşdırmalar aparılır”.
Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək.