Bakıda yeniyetmə avtomobillərin arasında qaldıbackend
Cəmiyyət
219

Bakıda yeniyetmə avtomobillərin arasında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APress.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil 2009-cu il təvəllüdlü Kişiyev Məhəmməd Qüdrət oğlunu Babək prospektində yaşadığı evin yaxınlığında vuraraq digər avtomobilə sıxıb. Nəticədə yeniyetmə iki avtomobilin arasında sıxılmış vəziyyətdə qalaraq xəsarət alıb.

M.Kişiyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın topuq nahiyəsinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.