Bakıda yetkinlik yaşına çatmayan qız əkiz uşaq dünyaya gətirdi – ŞOK TƏFƏRRÜATbackend
Cəmiyyət
461

Bakıda yetkinlik yaşına çatmayan qız əkiz uşaq dünyaya gətirdi – ŞOK TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuş Cəbrayıl rayonu Minbaşlı kəndində qeydiyyatda olan, Qaradağ rayonu Lökbatan yaşayan 1985-ci il təvəllüdlü Mahir M. barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, hakim Rufan Mürsəlovun sədrliyi ilə baş tutan prosesdə Mahir M-in günahı sübuta yetirilib və o, Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə həbs cəzasına məhkum edilib.

Məhkəmə prosesində baş vermiş hadisə ilə bağlı maraqlı faktlar üzə çıxıb. Belə ki, zərərçəkmiş şəxs olan 2003-cü il təvəllüdlü Leyla S. (ad şərtidir) bildirib ki, ilk dəfə instaqramda tanış olduğu Azər adlı oğlanla hələ 15 yaşı olanda – 2018-ci ildə cinsi əlaqədə olub. Həmin vaxt Azər ona “Eke” adlı həb verərək huşunun getməsinə səbəb olub və bu vəziyyətdə cinsi əlaqədə olaraq bakirəliyini itirib. Azərin daha sonra hərbi xidmətə getməsindən sonra Lökbatanda taksi sürücüsü kimi tanıdığı Mahirlə münasibəti başlayıb.

O bildirib ki, Mahiri 6-7 ildir tanıyır. Ona məxsus “Mercedes” markalı taksi ilə dəfələrlə Sahil bağı, Malakan bağı adlanan ərazilərə gedib. Əvvəlcə dostluq münasibəti saxlasalar da, 2019-cu ilin sentyabrından etibarən o, özündən 18 yaş böyük olan Mahirlə cinsi əlaqəyə girməyə başlayıb. Onlar birlikdə narkotik qəbul ediblər. Bir neçə ay Mahirin Lökbatandakı evində və Bakıdakı müxtəlif ünvanlarda cinsi əlaqədə olduqdan sonra Leyla S. ondan hamilə qalıb. 2020-ci ildə isə hamiləliyin 27-ci həftəsində yetkinlik yaşına çatmayan qız Lökbatandakı 4 saylı Doğum Evində tam yetişməmiş 2 körpə dünyaya gətirib. Biri qız, digəri oğlan cinsiyyətində olan körpələr az sonra ölüb.

Məhkəmədə Mahir M. Leylanın yalan danışdığını, ona heç vaxt narkotik maddə vermədiyini, deyilənlərin hamısının şər-böhtan olduğunu deyib.

Şahid qismində çıxış edən qızın anası 1990-cı ildən Müqabil adlı şəxslə qeyri-rəsmi nikahda olduğunu, həmin şəxsdən 2 övladının dünyaya gəldiyini, aşpaz işlədiyini, hazırda pandemiya səbəbindən iş yerlərinin bağlanması səbəbindən işsiz qaldığını, Müqabillə ayrıldığını, oğlunun həmin şəxslə, qızının isə özü birgə yaşadığını deyib. O, Mahiri xeyli vaxtdır tanıdığını bildirib. Belə ki, qadın qızı Leylanın hamilə olmasını bildikdə kiminlə cinsi əlaqədə olmasını soruşub. Yetkinlik yaşına çatmayan qız da taksi sürücüsü Mahirlə cinsi əlaqədə olduğunu, Uşağın da ondan olduğunu bildirib.

 

 

O, əlavə edib ki, qızı ilə münasibətdə olduğu müddətdə Mahir M. dəfələrlə avtomobilinin işıqlarını onun mənzilinin pəncərəsinə salıb. Bu barədə və qızından əl çəkməsi ilə bağlı dəfələrlə Mahirə xəbərdarlıq etsə də, həmin şəxs buna məhəl qoymayıb və hazırda da evinin pəncərəsinə işıq salmaqda davam edir.

Bütün bunlara baxmayaraq zərərçəkmişin qanuni nümayəndəsi olan anası təqsirləndirilən şəxslə barışdıqlarını və ona yüngül cəza verilməsini xahiş edib.

İstintaq zamanı Leyla S. Azər və Mahirdən başqa da bir neçə şəxslə cinsi əlaqədə olduğunu, bu zaman heç vaxt qoruyucudan istifadə etmədiklərini deyib. O, həmin şəxslərin hər biri ilə cəmi 1 dəfə görüşdüyünü bildirirək, onların adlarını xatırlamadığını da əlavə edib.

Qeyd edək ki, doğum evinə qəbul olunduqdan sonra xəstəxana baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib və araşdırmalara başlanılıb.

Məhkəmə istintaq prosesi mərhələsində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Mahir barəsində 10 ay müddətinə həbs qərarı çıxarıb və o, məhkəmə zalındaca qandallanıb.