Bakıda yol qəzası – ölənlər və yaralananlar varbackend
Cəmiyyət
341

Bakıda yol qəzası – ölənlər və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

APress.az xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində “VAZ 2107”-də olan 2002-ci il təvəllüdlü Məmmədov Eşqin Vüqar oğlu ağır xəsarət alıb.

Avtomobilin digər sərnişini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Qurban Saqif oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb (apa).