Bakının baş gömrükçüsü yerli mebel istehsalını necə çökdürür? – ARAŞDIRMAbackend
Cəmiyyət
434

Bakının baş gömrükçüsü yerli mebel istehsalını necə çökdürür? – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə ildir Azərbaycanda qeyri neft sektorunun inkişafı üçün dövlət milyonlarla pul xərcləyir, yeni-yeni layihələrin həyata keçirilməsi üçün müxtəlif yollarla  böyük vəsaitlər ayrırır. Gəlirlərinin çox hissəsini neftə bağlayan dövlətlər qeyri neft sektorunun inkişafı üçün daha maraqlı olmalıdır ki, bu da ölkəmizin əsas prioritet məsələlərindən biridir. 

Ümumiyyətlə, son 5 ildə Azərbayanda müxtəlif sahələrin inkişafı və yeni biznes sahələrinin tətbiqi aşkar görünməkdərir.

Müxtəqlif  biznes sahələrinin ölkəmizdə tətbiqi və inkişafı üçün sahibkarlar demək olar ki, hər gün düşünür, baş sındırır. Ölkəmizdəki sahibkarlar nə qədər incidilsə də, biznesin daha çox qazanc yollarını axtarmaqdadırlar. Amma deyir sən saydığını say, gör bu sahələri məhv etmək istəyən, daha doğrusu, böyüklü və kiçikli biznesi monopoliyada saxlayan dövlət məmurları nə sayır.

Ötən günlərdə xarici ölkələrdən ölkəmizə gətirilən bahalı mebellərin ucuz qiymətə rəsmiləşdirilməsi və nəticədə dövlət büdcəsinə dəyən ziyan barədə ətraflı məlumat vermişdirk.

Umumi araşdırmalar zamanı bəlli olmuşdur ki, mebel biznesi ilə məşğul olan məmur sahibkarlar gömrükdəki yüksək çinli şəxslərin “köməyi” (???)  ilə xarici ölkədən gətirdikləri mebelləri 1daha ucuz 15-20 min manata rəsmiləşdirə bilirlər.

Hətta mebellərin arasında müxtəlif təmir vasitələri gətirərək rəsmiləşdirmədən yayınırlar. Məhz bu yolla dövlət büdcəsinə külli miqdarda ziyan vurmuş olurlar və milyonlar qazanırlar.

Ümumi araşdırmaların nəticəsi olaraq təxminən bu əməllərin nəticəsi olaraq dövlətdən 14-16 milyon manat “oğurlanmış” hesab olunur. Əlbətdə, günün birində araşdırmalar zamanı bu pulların hara qeyb olması aydınlaşacaq.

Amma hələlik biz araşdırırıq.

Ötən gün redaksiyamıza daxil olan daha bir məlumata görə, ölkəyə mebel gətirən məmurlardan biri də elə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov və yaxın adamlarıdır. Məlumata görə, Kənan Məmmədovun Bakının müxtəlif yerlərində 10-dan artıq böyük mebel  “Mobilya” satış mərkəzləri var.

Bu mobilyalarda xarici istehsal olan mebellər qismən ucuz qiymətə satılır. Elə işin maraqlı tərəfi də budur ki, xarici ölkə istehsalı olan bu mebellər azərbaycanlı sahibkarlara məxsus yerli fabrik və sexlərdə hazırlanan mebellərdən ya ucuzdur, ya da demək olar ki eyni qiymətədir. Bu necə baş verə bilər?

Ümumi anlayışda yada Gömrük düşür. Əcəba xarici ölkədən gətirlən bu mebellər gömrükdə ya rəsmiləşdirilmir, ya da ucuz rəsmiləşdirilir ki, ölkə bazarına yerli istehsaldan daha ucuz çıxarılır.

Ölkəyə “x” sahibkar tərəfindən gətirilən mebel avadanlıqları gömrükdə süni qiymət artımı ilə rəsmiləşdirilir, əlavə ödəniş tələb olunur. Nəticədə ölkədə istehsal olunan mebellərin qiyməti bir qədər də bahalşır. Bu hal da gömrüksən ucuz qiymətə keçən xarici mebellərin ölkə bazarında alıcılıq qabiliyyəti yüksəlir.

Ən son nəticədə isə ölkə istehsalı olan mebellərin bazarı məhv edilir.

Daha doğrusu, belə sexlərin, kiçik mebel fabriklərin məcburiyyətdən bağlanması ilə nəticələnir. Pandemiya dönəmində bu vəziyyətin bir qədər də ağırlaşdırılması  bu məmurların “əməyi” nəticəsində yerli istehsalın belini qırmaqla daha çox pul qazanmaq planları illərdir uğurla böyüyür.

K.Məmmədov həm milyonlar qazanır, həm də yerli istehsalı süni şəkildə rəqabətsiz qoyaraq isflasa uğradır.

Əslində dövlətin məqsədi isə yerli istehsalı brend məhsula çevirərək Rusiya və Avropa bazarlarına çıxarmqdır. Çıxara bilirikmi? Birmənalı olaraq xeyr.

Bu çökdürmə işlərini Kənan Məmmədovm təkmi edir? Edə bilərmi? Əlbətdəki mümkün deyil.

Redaksiyaya daxil olan məlumata görə, sözügedən fəaliyyəti həyata keçirmək üçün Bakının Baş Gömrükçüsü Kənan Məmmədova Gömrük Komitəsinin Gömrük Risqlərinin idarəolunması və audit baş idarəsinin rəisi, gömrük xidməti polkovniki Fərid Əliyev, onun (Səfər Mehdiyevin bacısı oğlu) Asiman adlı müavini, Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevin müavin İsmayıl Hüseynovun dəstək olduqları deyilir. Belə çıxır ki, bu şəxslər Kənan Məmmədovun mebel biznesinin çiçəklənməsinə dəstək veməklə yerli mebel istehsalçılarını müflis edir, süni rəqabətsizlik mühiti yaradırlar.

Hansı ki, ölkə rəhbəri İlham Əliyevin yerli istehsalın inkişafı və davamlı fəaliyyəti üçün ciddi tapşırıqları var. Amma və lakin bu şəxslər illərdir öz bildiklərini etməklə, yerli istehsalı məhv edirlər.

Bizim əlimizdən isə faktları aidiyyatı qurumların diqqətinə çatdırmaqdan başqa heç nə gəlmir.

Araşdırmalarımız dava edir. Bir daha xatırladırıq ki, ölkənin yerli mebel istehsalı və diğər sahələrinin inkişaf etməməsinin səbəblərini həm də Gömrükdə axtarmaq lazımdır ki, hələlik aidiyyatı qurumlar susmağa üstünlük verib.