Paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıqlar müşahidə olunmaqdadır.
Bakı Nəqliyyat Agentliyindən APress.az-a verilən məlumata görə, sıxlıq olan yollarda müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb. Hərəkət sürəti aşağı düşdüyündən intervallarda gecikmələr var.
Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti) sıxlıq Ziya Bünyadov prospekti – Əsas yol – (Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq,Bakı Polad Zavodunun qarşısı da daxil,eyni zamanda,Çermet körpüsü üzərindən,20 Yanvar dairəsi istiqamətində) sıxlıq
Üzeyir Hacıbəyli küçəsi – (Cavanşir körpüsünün üzərindən,Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər,Hökumət Evi istiqamətində) sıxlıq
Afiyəddin Cəlilov küçəsi – (Cavanşir körpüsünün üzərindən,Hökumət Evi istiqaməti) sıxlıq
Abdulvahab Salamzadə küçəsi – Əsas yol – (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən sıxlıq
A.Nobel prospekti – (Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqamətində) sıxlıq