İyunun 5-də saat 10 radələrində Nərimanov rayonunun Azadlıq prospektində, piyada zolağı olmayan yerdə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Eminbəyli və S.Quliyeva vurulublar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
APress.az xəbər verir ki, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadaların xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini M.Məmmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.