Ötən gecə Bakı şəhəri Nəsimi rayonu ərazisində 25 yaşlı qızın meyitinin beşmərtəbəli binanın damında tapılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
APress.az-a hüquq-mühafizə orqanlarına bildirilib ki, hadisə barədə ilk olaraq polisə məlumat daxil olub. Polis əməkdaşları Rəşid Behbudov küçəsindəki ünvanı yoxlayarkən 25 yaşlı Ceyhunə Həsənovanın (ad-soyad şərtidir) orada öldüyünü müəyyənləşdiriblər və meyitin götürülərək endirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Dərhal əraziyə cəlb edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin qrupu meyiti tamdan endirib.
İlkin araşdırmalar nəticəsində C.Həsənovanın Rəşid Behbudov küçəsindəki binanın damında narkotik vasitənin təsirindən ölməsi müəyyən edilib. Faktla bağlı dərhal araşdırmalara başlanılıb. Onun hansı şəraitdə ölməsi, yanında kimlərin olması, anrkotik vasitəni necə əldə etməsi və sair araşdırılır.