“Barselona”nın 18 yaşlı yetirməsi dünyanın məşhur klublarının transfer hədəfindəbackend
İdman
267

“Barselona”nın 18 yaşlı yetirməsi dünyanın məşhur klublarının transfer hədəfində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona” futbol akademiyasının istedadlı yetirmələrindən biri İlayş Moriba dünyanın iki nəhəng klubundan transfer təklifi alıb.

Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Qvineya əsilli ispaniyalı futbolçu ilə İngiltərənin “Mançester Yunayted” və Almaniyanın “Leypsiq” klubları maraqlanır.

Mənbə iddia edir ki, gənc futbolçu Kataloniyada qalmaq istəyir və “Barselona”nın əsas heyətinə düşməyə çalışır.

Qeyd edək ki, İ.Moriba “Barselona”nın əsas heyətində dörd dəfə meydana çıxıb.

O, iki məhsuldar ötürmə ilə yadda qalıb.