Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib.
APress.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi əlavə edilib.