“Deputatlar çox düzgün olaraq qiymətlərin bahalaşması məsələsini qaldırıb. Azərbaycan hökuməti bu məsələni diqqətdə saxlayır və bununla məşğul olacaq”.
APress.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Bir çox hallarda bizdən asılı olmayan məsələlər də var. Bu məsələ ilə bağlı tədbirlər görüləcək. Bəzən qiymət artımını yanacağın qiymətinin artması ilə də bağlayırlar. Təbii ki, bunun da təsiri var”.