Baş nazirə 300 manatdan çox cərimə yazıldı: Maska taxmadığı üçün…backend
Dünya
234

Baş nazirə 300 manatdan çox cərimə yazıldı: Maska taxmadığı üçün…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taylandın Baş naziri Prayut Çan-oça COVID-19 tədbirləri çərçivəsində maska ​​taxmaq tələbini pozduğu üçün 6.000 baht (323 AZN) pul cəzasına məhkum edilib.

APress.az xəbər verir ki, buna səbəb baş nazirin rəsmi Feysbuk səhifəsində toplantılardan birində maskasız görüldüyü fotonu paylaşması olub.
Kütləvi reaksiyalardan sonra o, fotonu hesabından silib.
Hadisənin səs-küy doğurmasından sonra Taylandın Bangkok valisi Asvin Kvanmuanq baş nazirə bunun qayda pozuntusu olduğunu bildirdiyini rəsmi Feysbuk hesabında paylaşıb.
Xatırladaq ki, Tayland Baş naziri mart ayında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına əsəbiləşərək onların üzərlərinə dezinfeksiyaedici maddə səpmişdi.
Sfera.az