Baş pediatrdan KORONAVİRUSLA bağlı vacib AÇIQLAMAbackend
Cəmiyyət
274

Baş pediatrdan KORONAVİRUSLA bağlı vacib AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Uşaqlar koronavirusu yüngül keçirirlər, lakin daha çox yoluxdurma qabiliyyətinə malikdirlər”.

APress.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Baş pediatrı Nəsib Quliyev bildirib.

“Koronavirusa yoluxma zamanı böyüklər arasında ölüm və fəsadlar 2-3, bəzi ölkələrdə isə 5 faizə qədərdirsə, uşaqlarda bu rəqəm 0.02 faizdir. Onların ölüm nisbəti böyüklərlə müqayisədə 100 dəfəyə qədər aşağıdır”, -deyə N.Quliyev əlavə edib.

Pediatr bildirib ki, koronavirusun gələcəkdə uşaqlara hansı təsir göstərəcəyi məlum deyil. Hətta bətn daxilində döl bu virusa yoluxubsa, dünyaya gəldikdə onda artıq immun sistem formalaşır.

N.Quliyev onu da qeyd edib ki, uşaqların koronavirusdan qorunması üçün ətrafdakı insanların maskadan istifadə etməsi mütləqdir:

“Uşaqların virusa yoluxmaması üçün qoruyucu tədbirlər davam etdirilməlidir. 5 yaşa qədər uşaqların gigiyenik qaydalara riayət etməsinə nəzarət edilməsi çətindir. Uşaqlar maskadan istifadə etməsə belə, ətrafındakı insanlar maska taxmalıdır”.