Batumi Beynəlxalq Hava Limanına yeni uçuşlar əlavə olunur.
APress.az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava açıqlama verib.
Onun sözlərinə görə, Yenilənmiş Batumi Beynəlxalq Hava Limanında müntəzəm olaraq ilk uçuş bu gün Almatı-Batumi-Almatı istiqamətində həyata keçirilib:
“Yenilənmiş Batumi Beynəlxalq Hava Limanında müntəzəm olaraq ilk uçuş bu gün Almatı-Batumi-Almatı istiqamətində Qazaxıstanın “Air Astana” aviaşirkəti həyata keçirdi. Bundan başqa Flynas hava yolu şirkəti 17 maydan etibarən Gürcüstan istiqamətində müntəzəm fəaliyyətini bərpa edəcək və Tbilisi ilə birlikdə Səudiyyə Ərəbistanından Batumiyə də turist gətirəcək. İyundan etibarən isə Batumiyə müntəzəm uçuşları LOT Polşa Hava Yolları şirkəti Varşava – Batumi – Varşava və Ukrayna Beynəlxalq Hava Yolları Kiyev – Batumi – Kiyev tərəfindən həyata keçiriləcək”, – deyə Turnava bildirib.