ABŞ Prezidenti J.Bayden, bazar ertəsi günü ABŞ administrasiyasının Belarusa qarşı tətbiq etdiyi sanksiyaları genişləndirən bir sərəncam imzaladı.
APress.az xəbər verir ki, müvafiq sənəd və dövlət başçısının Konqres liderlərinə məktubu Ağ Ev tərəfindən yayımlanıb.
“Mən, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef R.Bayden, bununla, 16 İyun 2006-cı il tarixli 13405 saylı İcra Sərəncamı (Belarusiyada Demokratik Proseslərə və ya İnstitutlara xələl gətirən Müəyyən şəxslərin Əmlakının Bloklanması) ilə elan edilmiş milli fövqəladə vəziyyətin əhatə dairəsini genişləndirirəm. Belarusiya rejiminin demokratiyanı, insan hüquqlarının və əsasən də azadlıq tələblərinin həyata keçirilməsini, 9 Avqust 2020-ci il tarixli saxta Belarusiya prezident seçkiləri və bunun nəticələrindən qaynaqlanan qanunsuz və basqıçı fəaliyyətləri sıxışdırmağa yönəlmiş zərərli fəaliyyətlərinin, həmçinin uzun müddətdir davam edən sui-istifadə hallarının olduğunu aşkar edərək, siyasi müxalifət və vətəndaş cəmiyyəti təşkilatlarının aradan qaldırılması və rejimin beynəlxalq vətəndaş hava səyahətini pozması, eləcə də təhlükə altına alması kimi – ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri -adi və fövqəladə bir təhlükə təşkil edir.
Yeni tətbiq olunan məhdudiyyətlər xüsusilə “müdafiə və əlaqədar maddələr sektoru, təhlükəsizlik sektoru, enerji sektoru, kalium xlorid sektoru, tütün məmulatları sektoru, tikinti sektoru və ya Belarusiya iqtisadiyyatının nəqliyyat sektoru, ya da Belarusiyanın hər hansı digər sektorunu əhatə edir”, – deyə imzalanan sanksiya sənədində bildirilib.
Unikal.org