Bayden Putini təhdid etdi: “Dövlətlərin suverenliyini pozmağın öz nəticələrinin olacağını ona çatdıracağam”backend
Dünya
201

Bayden Putini təhdid etdi: “Dövlətlərin suverenliyini pozmağın öz nəticələrinin olacağını ona çatdıracağam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İlk xarici səfərini Böyük Britaniyaya həyata keçirən ABŞ Prezidenti Co Bayden burada Rusiya hökumətini və Vladimir Putini hədəfə alıb.
Sfera.az xəbər verir ki, Bayden Rusiya hökumətinin zərərli fəaliyyətlərlə məşğul olmağa davam edəcəyi təqdirdə rəsmi Vaşinqtonun qəti və mənalı cavab verəcəyi ilə təhdid edib.
Putinlə görüşəcəyini bildirən Bayden  “Ona ABŞ, Avropa və digər yerlərdə demokratik dövlətlərin suverenliyini pozmağın öz nəticələrinin olacağını çatdıracağam”, – deyə söyləyib.
O diqqətə çatdırıb ki, ABŞ Rusiya ilə gərginlik deyil, sabit, proqnozlaşdırıla bilən əlaqələr formalaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Co Bayden Avropa turunun ilk başlanğıcında – iyunun 10-da Böyük Britaniya Baş naziri Boris Consonla, iyunun 13-də isə Kraliça II Yelizaveta ilə görüşəcək.
O, Böyük Britaniyadan sonra iyunun 14-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO Zirvəsinə qatılacaq, Rəcəb Tayyib Ərdoğanla ilk dəfə prezident qismində görüşəcək.
Co Bayden iyunun 15-də Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı Sammitində iştirak edəcək, iyunun 16-da isə İsveçrənin Cenevrə şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.