ABŞ lideri Co Bayden hesab edir ki, Moskva ilə Vaşinqton arasında münasibətlər sabit və proqnozlaşdırılan olmalıdır.
“Rusiyada prezident Putinə açıq şəkildə bildirdim ki, ortaq maraqlarımızın olduğu məqamlarda – nüvə silahının yayılmaması və iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq etmək imkanımız olmalıdır”.
Sfera.az-ın RİA “Novosti”yə istinadla məlumatına görə, Bayden bunu Demokratik Partiyanın Milli Komitəsinin tədbirində söyləyib.
Çıxışın stenoqramı Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.
İki ölkə arasındakı fikir ayrılıqlarından danışan Bayden, kiberhücumlar və Amerika iqtisadiyyatına “müdaxilə” ediləcəyi təqdirdə cavab tədbirləri görüləcəyinə söz verib.
Bayden həmçinin sələfi Donald Trampı, ABŞ-ın müttəfiqləri ilə dialoquna “təsəvvür olunmayan zərər” verməkdə günahlandırıb. Amma hansı zərərdən bəhs etdiyini açıqlamayıb.
Xatırladaq ki, Rusiya-ABŞ zirvə toplantısı iyunun 16-da Cenevrədə baş tutub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi “Kommersant” qəzetində və “Rusiya qlobal siyasətdə” dərgisində dərc edilən məqaləsində Putinlə Baydenin görüşündən sonra Vaşinqtondan gələn açıqlamaların Amerika tərəfinin İsveçrənin paytaxtındakı görüşdə tutduğu mövqeyə uyğun gəlmədiyini qeyd edib.