Bayden Trampın qərarını ləğv etdi: Transgenderlərin orduda xidmətinə icazə verildibackend
Dünya
221

Bayden Trampın qərarını ləğv etdi: Transgenderlərin orduda xidmətinə icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi transgenderlərin orduda xidmətə alınması üçün yeni təlimatları təsdiq edib.

APress.az oxu.az-a istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi brifinqdə deyib.

Yeni qaydalara görə, ABŞ-ın transseksual vətəndaşları ABŞ ordusunun sıralarına qoşulmaq haqqına sahibdirlər. Bundan əlavə, hərbi rəhbərlik bu cür insanlara lazımi tibbi yardım göstərilməsini təmin edəcək.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Barak Obamanın transgenderlərin orduya çağırılması ilə bağlı qərarını ləğv etmişdi.

Son məlumatlara görə, hazırda ABŞ ordusunda 6 minədək transgender xidmət edir.