Bayden və Putin nədən danışacaq? – “Həll olunacaq ilk məsələ…”backend
Dünya
279

Bayden və Putin nədən danışacaq? – “Həll olunacaq ilk məsələ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bayden və Putin görüşü dünya gündəmini zəbt edəcək. İlk müzakirə məsələsi isə qırmızı cizgini keçməməklə bağlı olacaq”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Zaur Məmmədov sabah baş tutacaq Bayden və Putin görüşü barədə danışarkən bildirib. Politoloq görüşdə bir sıra məsələlərin ciddi müzakirə ediləcəyini vurğulayıb:
“Unutmaq olmaz ki, bu gün hərbi potensialına görə həm ABŞ, həm də Rusiya çox güclü ölkələr sayılır. Hər iki ölkənin bir-biri ilə münasibəti sözsüz ki, planetin digər ölkələrinə bilavasitə təsir edir. Tərəflərin görüşündə yəqin ki, ilkin olaraq onlar üçün qırmızı cizgilərin nə olduğu diqqətə çatdırılacaq. Eyni zamanda çox güman ki, Çin məsələsi müzakirə ediləcək. ABŞ Rusiyadan Çinlə bağlı daha soyuq, səssiz mövqe nümayiş etdirməyi istyəcək.
Bundan başqa Ukrayna məsələsi, Şərqi Avropa, Əfqanıstan və Suriya məsələsinin müzakirə edilməsi gözlənilir. Lakin dediyim kimi, ilk məsələ qırmızı cizgiləri keçməməklə bağlı olacaq. Buraya orta və kiçikmənzilli raketlərdən tutumuş Rusiya və ABŞ-ın milli təhlükəsizliyini təhdid edən nüanslar aid ola bilər”.
Qeyd edək ki, ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putinin görüşü sabah Cenevredə reallaşacaq.