ABŞ prezidenti Co Bayden məşğulluq, təhsil və sosial xidmətlər sahəsinə külli miqdarda pul ayırıb.
Sfera.az bildirir ki, Ağ ev sahibi bununla bağlı 4 trilyon dollarlıq paket imzalayıb. Analitiklərin rəyinə görə, bu, 1960-cı ildən bəri ABŞ-da sosial xidmətlərə ayrılan ən böyük vəsait olacaq.
Lakin qərar ABŞ Konqresində təsdiqlənməlidir.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden ölkə tarixinin ən böyük yardım paketlərindən birinə imza atmışdı. “ABŞ-ın xilas planı” adını alan paket 1,9 trilyon dollarlıq yardımı nəzərdə tuturdu.