ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı, birinci xanım Cill Bayden sələfi Melania Trampın uzun illər arzusunda olduğu xəyalını özü üçün qısa müddətdə gerçəkləşdirib.
Publika.az xəbər verir ki, xanım Bayden dünyaca məşhur “Vogue” dərgisinin avqust sayının qapaq rəsmi olub. ABŞ-ın birinci xanımı müsahibə də verib:
“Co sakit və həlim biridir. Problemə körüklənmir, onu yatırmağa çalışır. Amerikalılar onları sakitləşdirəcək birini istəyirdi…”
Cill Baydendən fərqli olaraq Donald Trampın həyat yoldaşı Melania dəfələrlə cəhd etsə də, “Vogue”un qapaq dərgisində yer ala bilməmişdi.
Qeyd edək ki, o zamankı birinci xanım Melania deyil, Donald Trampın münasibətdə olduğu iddia edilən porno ulduz Stormi Daniels “Vouge”un üz qabığında yer almışdı.