ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin təyyarədən enərkən görünüşü sosial şəbəkədə mübahisələrə səbəb olub.
APress.az Milli.Az-a istinadən xəbər verir ki, 69 yaşlı xanımın torlu corabları amerikalıların diqqətini çəkib və sosial şəbəkələrdə müzakirə edilib.
“Balıq toru corabları 2021-ci ilin yazında yenidən moda oldu! Sevdiyimiz, ağıllı, mərhəmətli xanımımız çox gözəl və şık görünür”, “Ümid edirəm ki, Bayden bundan 30 cüt daha sifariş verəcək”, “Əgər bu ikonik paltarı bəyənmirsinizsə, deməli, layiqli bir insana həsəd aparırsınız. Stil ikonu da ola bilər “, – şərhçilər yazıblar.