Əfqanıstanın paytaxtı Kabil şəhərində Qurban bayramının ilk günündə terror hücumu baş verib.
APress.az xəbər verir ki, bayram namazı üçün prezident sarayı qarşısında toplanan kütlənin olduğu ərazinin yaxınlığına raket atılıb.
Əfqanıstan Daxili İşlər naziri Mirvais Stanekzai bölgəyə üç raketin düşdüyünü bildirsə də, ölü və yaralılar haqda məlumat verməyib. Namaz əsnasında ölkə prezidenti Əşrəf Qəninin də hadisə yerində olduğu bildirilib.
Partlayışlardan sonra insanlar namazı dayandırmayıb. Namazdan sonra Əşrəf Qəni xalq qarşısında çıxış edib.
Hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd edək ki, hökumətlə danışıqlar prosesini davam etdirən “Taliban” əvvəlki illərdən fərqli olaraq bu il atəşkəs elan etməyib.