“Qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq”.
APress.az xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, yalnız ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: “Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır”.